Çərşənbə , İyul 15 2026
azfa

Netanyahu: Trampla tam əməkdaşlıqla Yaxın Şərqin simasını dəyişirik

GADTB: İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin ABŞ ilə əməkdaşlıq çərçivəsində “Yaxın Şərqin simasını dəyişdiyini” və İrana qarşı güclü təzyiqlərin davam etdiyini bildirib.

Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığına toxunaraq deyib: “Sizə söz vermişdim ki, Yaxın Şərqin simasını dəyişəcəyik və məhz bunu edirik. Əvvəlcə İranda – prezident Trampla çox yaxşı söhbətim oldu. O, İrana qarşı həm iqtisadi, həm də hərbi baxımdan çox güclü təzyiq göstərir. Biz tam əməkdaşlıq şəraitində hərəkət edirik”.

O, həmçinin Livandakı vəziyyətə toxunaraq bildirib: “Biz İsrail ilə Livan arasında tarixi sülhə nail olmaq üçün bir proses başlatmışıq və aydındır ki, ‘Hizbullah’ bu prosesi pozmağa çalışır”.

Netanyahu əlavə edib ki, İsrail hər hansı təhdidə qarşı “tam hərəkət azadlığını” qoruyur və vurğulayıb: “Dünən zərbə endirdik, bu gün də endirdik. Şimal bölgəsində yaşayanların təhlükəsizliyini bərpa etməkdə qətiyyətliyik”.

Həmçinin yoxlayın

Sentkom: ABŞ İran rejiminin cənubdakı hərbi mövqelərinə qarşı yeni hücum dalğası həyata keçirdi

GADTB: ABŞ Mərkəzi Komandanlığı (Sentkom) iyulun 14-ü axşam saatlarında qüvvələrinin İran İslam Respublikasına qarşı yeni …

Abbas Lisani və Yusif Kari Evin həbsxanasında 244 gündür qeyri-müəyyən vəziyyətdə həbsdədirlər

GADTB: Evin həbsxanasında saxlanılan Azərbaycan Milli Hərəkatının fəalları Abbas Lisani və Yusif Karı həbslərinin doqquzuncu …