
GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent İran İslam Respublikasına xəbərdarlıq edərək bildirib ki, dəniz blokadasının davam etməsi ölkədə benzin qıtlığına səbəb ola bilər.
O, bazar ertəsi “X” sosial şəbəkəsində yazıb ki, “SEPAH rəhbərliyində qalan şəxslər kanalizasiya borusunda qalmış siçanlar kimi çıxılmaz vəziyyətdədir”, çünki “ABŞ tərəfindən tətbiq olunan dəniz mühasirəsi səbəbindən İranın köhnəlmiş neft sənayesi istehsalı azaltmağa başlayıb”.
Nazir əlavə edib ki, İranda neft hasilatı yaxın zamanda ciddi şəkildə azala bilər və nəticədə “ölkədə benzin qıtlığı yaranması gözlənilir”.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi