Çərşənbə , Sentyabr 16 2026
azfa

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti ona İrana qarşı təzyiqin artırılması barədə göstəriş verib.

Bessantın sözlərinə görə, Vaşinqton İran xalqının xeyrinə rejimin xaricdəki maliyyə resurslarını bloklamağı planlaşdırır.

Nazir qeyd edib ki, Tramp administrasiyası “maksimum təzyiq” kampaniyasına bir ildən çox əvvəl start verib və bu proses çərçivəsində Maliyyə Nazirliyinə konkret tapşırıqlar verilib:

“Prezident bu əmri mənə və Maliyyə Nazirliyinə keçən ilin mart ayında vermişdi. Bu təzyiq dekabr ayında İran iqtisadiyyatının dayanmasına səbəb oldu və bu da etirazlara gətirib çıxardı”.

Bessant əlavə edib ki, İranın ən böyük bankı iflasa uğrayıb və İran Mərkəzi Bankı borcları ödəməyə məcbur qalıb. Onun fikrincə, bu proses ölkədə hiperinflyasiyanın dərinləşməsinə səbəb olub./Azad İran

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …