
GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin qüvvələri tərəfindən saxlanılıb və o vaxtdan bəri onun saxlanıldığı yer və vəziyyəti barədə heç bir məlumat yoxdur.
Məlumata görə, o, daha əvvəl də etiraz aksiyaları zamanı saxlanılmışdı. Son həbsindən sonra isə üç həftəyə yaxın müddətdə yalnız iki qısa telefon danışığı edə bilib, bundan sonra ailə ilə əlaqəsi tamamilə kəsilib.
Ailəsi onun taleyindən ciddi narahat olduqlarını bildirərək qeyd edib ki, müxtəlif qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb və indiyədək heç bir rəsmi orqan onun vəziyyəti ilə bağlı açıqlama verməyib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi