Bazar ertəsi , Noyabr 2 2026
azfa

Müəllimlər Birliyi molla rejimin uşaqlara hərbi təlim verilməsi ilə bağlı xəbərdarlıq edib

GADTB: İran Müəllimlər Birliyi məscidlərdə və “Bəsic” mərkəzlərində uşaqlar və yeniyetmələr üçün təşkil olunduğu bildirilən hərbi təlimlərin beynəlxalq uşaq müdafiəsi standartlarını pozduğu barədə xəbərdarlıq edib.

Birlik sosial şəbəkələrdə yayılan videolara istinad etdiyi açıqlamada bəzi azyaşlıların Kalaşnikov və Vinçester tipli silahlarla təşkilatlanmış şəkildə təlim keçdiyini bildirib.

Qurum bu fəaliyyətləri “uşaqlığın hərbiləşdirilməsi” kimi qiymətləndirib və bunun İranın BMT-nin Uşaq Hüquqları Konvensiyası qarşısındakı öhdəliklərinin pozulması anlamına gələ biləcəyini vurğulayıb.

Müəllimlər birliyi məsələ ilə bağlı ölkədaxili və beynəlxalq məsul qurumlar tərəfindən müstəqil və şəffaf araşdırma aparılmasına çağırıb.

Həmçinin yoxlayın

Molla rejimi Azərbaycan sərhədində ballistik raket buraxılış qurğuları yerləşdirib

GADTB: Yerli mənbələr İran İslam Respublikası rejiminin Azərbaycan Respublikası ilə sərhəddə hərbi yerdəyişmələrinin artdığını bildiriblər. …

Təbrizin 9-cu məntəqə bələdiyyəsinin qarşısında Xavəran sakinləri etiraz aksiyası keçirib – Video

GADTB: Xavəranın 2-ci fazasında yerləşən yaşayış mənzillərinin bir sıra sakinləri və mülkiyyətçiləri həllini tapmamış problemlərinə …