Cümə axşamı , Oktyabr 8 2026
azfa

Son yağışlardan sonra Urmiya gölü adalarına mühacir quşlar qayıdıb- Video

GADTB: Güney Azərbaycanın incisi sayılan Urmiya son yağışlardan sonra müəyyən dərəcədə canlanıb.

Artıq köçəri quşlar yenidən Urmiya gölünün adalarına qayıtmağa başlayıblar.

Yaşayış şəraitinin nisbətən yaxşılaşması fonunda müxtəlif köçəri quş növləri bu ərazini yenidən dayanacaq və yaşayış məkanı kimi seçiblər.

Urmiya gölü adaları Güney Azərbaycanda yerləşən ən mühüm vəhşi təbiət məkanlarından biri sayılır və hər il minlərlə köçəri quşa ev sahibliyi edir.

Son illərdə su səviyyəsinin azalması və ekoloji problemlərlə gündəmə gələn göldə quşların geri qayıtması bölgədə ekoloji canlanmanın əlaməti kimi dəyərləndirilir.

https://t.me/GADTB1/53429

Həmçinin yoxlayın

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

GADTB: Cenevrədə keçirilən BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində Azərbaycan tərəfindən həmmüəllif qismində dəstəklənən …

İranda minlərlə tibb bacısı işdən imtina edib

GADTB: Vəziyyətin dəyişməsi və hüquqların təmini üçün artıq etiraz aksiyaları da nəticə vermədiyinə görə minlərlə …