Bazar , Noyabr 15 2026
azfa

Qazaxıstanda uçan taksi sınaqdan keçiriləcək

GADTB: Qazaxıstanın paytaxtı Astanada ilk dəfə aerotaksinin nümayiş uçuşu keçiriləcək. Bu barədə “Kazınform” məlumat yayıb.

Məlumata görə, uçuş iyulun 24-də baş tutacaq. Sınaq zamanı elektrik mühərrikli şaquli qalxma və enmə qabiliyyətinə malik “eVTOL” tipli hava nəqliyyat vasitəsindən istifadə olunacaq.

Nümayiş üçün seçilən “AutoFlight Prosperity” modeli bir pilot və beş sərnişin üçün nəzərdə tutulub. Hava aparatı saatda 200 kilometrədək sürət yığa və 200 kilometr məsafə qət edə bilir.

Qeyd edək ki, Qazaxıstanda ilk “eVTOL” nümayiş uçuşları 2026-cı ilin mayında Alatau şəhərində keçirilib. Ölkədə aerotaksi, eVTOL və pilotsuz aviasiyanın inkişafını tənzimləyən qanun isə iyunda qüvvəyə minib.

Həmçinin yoxlayın

İsrail molla rejiminə qarşı birtərəfli hücuma hazırlaşır

GADTB: İsrail mediası xəbər verir ki, İran İslam Respublikası tərəfindən təcili təhlükə əlamətlərinin olmamasına baxmayaraq, …

Təbriz, Marağa və Əhər UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə qoşulmaq yolunda

GADTB: Yaradıcı Şəhərlər İnstitutunun icraçı direktoru Təbriz, Marağa və Əhər şəhərlərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə …