Cümə axşamı , Sentyabr 24 2026
azfa

Fars: Hörmüz boğazında gəmi hərəkəti orta dəhlizə keçiriləcək

GADTB: İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə Fars xəbər agentliyinə bildirib ki, Tehran və Məsqət Hörmüz boğazında gəmilərin hərəkət sisteminin dəyişdirilməsi ilə bağlı danışıqlar aparırlar.

İddialara görə, müəyyən keçid dövründə gəmilər Hörmüz boğazına İran sahillərinə yaxın yerləşən şimal dəhlizi vasitəsilə daxil olacaq, Oman sahillərinə yaxın yerləşən cənub dəhlizi vasitəsilə isə boğazı tərk edəcəklər.

Keçid mərhələsi başa çatdıqdan sonra isə həm şimal, həm də cənub dəhlizlərindən istifadə dayandırılacaq və bütün gəmi hərəkəti orta dəhlizə yönləndiriləcək.

Məlumata əsasən, bu plana görə mərkəzi dəhlizdən boğaza giriş İranın nəzarəti altında olacaq, çıxış isə İran və Oman tərəfindən birgə idarə ediləcək.

Həmin mənbə gəmilərin yükünün dəyərinə 3 və ya 7 faiz həcmində rüsum tətbiq ediləcəyi barədə yayılan məlumatları da təkzib edib. Bildirilib ki, alınacaq ödənişlər sığorta, yanacaq doldurulması, ekoloji xidmətlər və digər xidmətlərin dəyəri əsasında hesablanacaq.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …