
GADTB: İran İnsan Hüquqları Kampaniyası sosial şəbəkənin «X» platformasında yaydığı paylaşımda bildirib ki, müharibənin başlanmasından sonra İran rejiminin rəsmiləri daxili repressiyaları əhəmiyyətli dərəcədə gücləndiriblər.
İnsan hüquqları təşkilatının iddiasına görə, siyasi xarakterli işlər üzrə məhkəmə prosesləri daha sürətlə aparılmağa başlanıb, siyasi motivli işlərdə uzunmüddətli həbs və edam cəzaları ilə bağlı hökmlər çıxarılıb. Təşkilat bildirir ki, bir çox belə işlərdə ədalətli məhkəmə araşdırması təmin edilməyib.
İran İnsan Hüquqları Kampaniyası İranda edam hökmlərinin çıxarılması prosesindən də narahatlığını ifadə edərək bildirib ki, bir çox iş üzrə təqsirləndirilən şəxslər məhkəmə prosesində əsas hüquqlarından məhrum edilir və hökmlər təşkilatın bildirdiyinə görə, işgəncə və ya təzyiq altında alınmış etiraflara əsasən çıxarılır.
Təşkilat həmçinin bildirib ki, «milli təhlükəsizliyə qarşı» yönəlmiş ittihamlardan müxaliflərə və etirazçılara qarşı məhkəmə təqibi məqsədilə getdikcə daha geniş istifadə olunur və bəzi işlərdə bu ittihamlar edam hökmünün çıxarılmasına səbəb olub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi