Çərşənbə , Sentyabr 2 2026
azfa

Molla rejimin nüvə proqramına davam etdiyi gizli mərkəzi ifşa edildi

GADTB: ABŞ-nin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) İranın Nətənz nüvə kompleksində 2025 və 2026-cı illərdəki hücumlardan kənarda qaldığı ehtimal edilən, uran heksaflüoridinin (UF6) saxlanılması və gələcəkdə genişmiqyaslı zənginləşdirmə fəaliyyətlərinin dəstəklənməsi üçün istifadə oluna biləcək möhkəmləndirilmiş obyekt müəyyən edib.

İnstitutun yeni qiymətləndirməsinə əsasən, sözügedən bina qismən yeraltı olmaqla təxminən 1500 kvadratmetr sahəni əhatə edir. Obyektdə bir neçə böyük otaq və zal, nəqliyyat vasitələrinin giriş-çıxışı üçün nəzərdə tutulmuş hissələr, həmçinin UF6 çənlərinin daşınması üçün avadanlıqların olduğu bildirilir.

ISIS-in hesablamalarına görə, obyektin saxlama tutumu İranın 2025-ci ilin iyununda müharibə ərəfəsində malik olduğu aşağı və yüksək zənginləşdirilmiş uran ehtiyatlarının saxlanması üçün tələb olunan sahədən xeyli böyükdür.

Həmçinin yoxlayın

BMT Təhlükəsizlik Şurası: İranda əhali hakimiyyətin qərarlarının qurbanıdır

GADTB: Fransanın BMT-dəki səfiri və sentyabr ayında Təhlükəsizlik Şurasına sədrlik edən Jerom Bonnafont bildirib ki, …

Rusiya molla rejiminə səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə yardım edib

GADTB: Rusiya bir neçə il ərzində İrana qabaqcıl səsdən sürətli qanadlı raketlərin hazırlanmasında gizli şəkildə …