Bazar , Sentyabr 27 2026
azfa

80 ölkə Hörmüz boğazının dərhal açılmasını tələb edib

GADTB: Təxminən 80 ölkə cümə axşamı, sentyabrın 24-də yaydığı birgə bəyanatda Hörmüz boğazının dərhal və tam şəkildə açılmasını tələb edib və İran hakimiyyətinin və onun bölgədəki müttəfiqi olan husilərin hücumlarını, beynəlxalq ticarətə və enerji təhlükəsizliyinə maneçilik törətməsini pisləyib.

“Röyters”in məlumatına görə, bəyanatı Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyani Birləşmiş Millətlər Təşkilatında oxuyub. Bəyanatı dəstəkləyənlər arasında Fars körfəzi ərəb ölkələri və ABŞ və Avropa ölkələri də daxil olmaqla Qərbin aparıcı dövlətləri olub.

Bəyanatda deyilir: “İran hakimiyyətinin Hörmüz boğazındakı hərəkətləri beynəlxalq təhlükəsizliyi, eləcə də gəmiçilik hüquq və azadlıqlarını təhdid etməkdə davam edir.” İmza atan ölkələr gəmilərin bu su yolundan təhlükəsiz, etibarlı və maneəsiz keçidinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Bu ölkələr həmçinin husilərin Yəməndə qarşıdurmanı yenidən başlatmaq qərarını, Səudiyyə Ərəbistanına davam edən hücumlarını və Qırmızı dənizdə həyata keçirdikləri “ehtiyatsız” hücumları kəskin şəkildə pisləyiblər.

Bəyanatda xəbərdarlıq edilib ki, bu qrupun Babül-Məndəb boğazına doğru irəliləməsi beynəlxalq gəmiçilik, dəniz təhlükəsizliyi və dünya ticarəti üçün riskləri artırır.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …