
GADTB: Azərbaycan türkü fəal Səməd Heydəri 6 milyard tümənlik girovun qoyulması və elektron qandal tətbiqi çərçivəsində Təbriz Mərkəzi Həbsxanasından azad edilib.
Məlumatlara görə, Səməd Heydəri daha əvvəl Rza Səlimi və Əmin Təqizadə ilə birlikdə Təbriz Mərkəzi Həbsxanasının detoksifikasiya bölməsində saxlanılıb. Daha sonra bu üç azərbaycanlı fəal həbsxana rəhbərliyi tərəfindən hər hansı aydın izahat verilmədən 15 saylı məhbuslar bölməsinə köçürülüb. Bu addım onların saxlanma şəraiti ilə bağlı narahatlıqlara səbəb olub.
Səməd Heydərinin elektron qandal nəzarəti altında azad edilməsindən sonra Rza Səlimi və Əmin Təqizadə hələ də həbsdə saxlanılır. Bu iki azərbaycanlı fəalın taleyi ilə bağlı məhkəmə qərarının müəyyənləşdirilməsi gözlənilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi