Şənbə , Oktyabr 10 2026
azfa

Koalisiya sözçüsü: Yəmən silahlı qüvvələri Bab əl-Məndəb boğazını təmizləyib, terrorçu husilər dəniz yolu ilə qaçıblar

GADTB: Koalisiya qüvvələrinin rəsmi sözçüsü oktyabrın 9-da, cümə günü keçirilən hərbi əməliyyata aid videonu yayımlayaraq bildirib ki, Yəmən silahlı qüvvələri strateji əhəmiyyətli Bab əl-Məndəb bölgəsinin təmizlənməsi əməliyyatını həyata keçirib. Onun sözlərinə görə, əməliyyatdan sonra terrorçu husilərin silahlı üzvləri dəniz yolu ilə qaçıblar.

Video Yəmən qüvvələrinin irəliləməsini və husilərin silahlı üzvlərinin qaçmasını əks etdirən görüntülər kimi yayımlanıb.

Koalisiya qüvvələrinin rəsmi sözçüsü videonu belə şərh edib:

“Dünənə aid görüntülər Yəmən silahlı qüvvələrinin Bab əl-Məndəb bölgəsini təmizləməsini və terrorçu husilərin silahlı üzvlərinin dəniz yolu ilə qaçmasını göstərir.”

Həmçinin yoxlayın

Bir qrup Azərbaycan fəalı həbsdən müvəqqəti azadlığa buraxılan Əli Vasiqi ilə görüşüb

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 8-də, cümə axşamı, 5 milyard tümən girov müqabilində Ərdəbil …

İran mediasından Azərbaycana qarşı yeni təbliğat: Məktəbli forması qaydaları yeni bəhanəyə çevrildi

GADTB: SEPAH-a bağlı “Tasnim” xəbər agentliyi Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyim qaydaları …