Bazar , Noyabr 22 2026
azfa

Urmiya gölü hələ bərpa olmayıb

GADTB: Hazırda Urmiya gölündə suyun həcmi 2 milyard 520 milyon kubmetrdir. Bu haqda əlaqədar dövlət qurumlarının hesabatında bildirilib.

Məlumata görə, suyun səviyyəsi 1270,63 metrə, su sahəsi isə 1945 kvadrat kilometrə yüksəlib.

Bununla eyni vaxtda bölgəyə səfər edən Məsud Pezeşkianın köməkçisi Əli Rəbii bildirib ki, Urmiya gölü böhranı onilliklər ərzində suyun yanlış idarə edilməsinin Nəticəsidir.

“Əvvəlki illərdə başlayan böhran, suyun yanlış idarə edilməsi ilə yanaşı həm də əkinçilik modelinə, insanların dolanışıqlarına və əhali artımına məhəl qoyulmamasının nəticəsidir”,- o bildirib.

Əli Rəbii Urmiya gölünün qurumasının region üçün genişmiqyaslı nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …