
GADTB: ABŞ Prezidenti Donald Tramp bu ölkənin ordusunun İran İslam Respublikası rejiminə məxsus hava hücumundan müdafiə sisteminə məhdud zərbələr endirdiyini təsdiqləyib. Bu əməliyyat Tehran və Vaşinqton arasında Qətərin vasitəçiliyi ilə danışıqların davam etdiyi bir vaxtda həyata keçirilib.
Tramp cümə günü, 6 noyabr tarixində bu əməliyyatı “kiçikmiqyaslı” adlandıraraq deyib: “Onlar kiçik bir zenit müdafiə sistemi qurmuşdular və biz onu 15 dəqiqə ərzində, bəlkə də beş dəqiqəyə məhv etdik”.
Bu açıqlama Qeşm adasındakı Suza bölgəsində iki partlayışın baş verməsi ilə bağlı xəbərlərin yayılmasından sonra səsləndirilib. Lakin Tramp hücumun dəqiq yerini açıqlamayıb və bu iki hadisə arasında əlaqə hələ təsdiqlənməyib.
Eyni zamanda, Yaxın Şərqdəki iki hökumət rəsmisi İran İslam Respublikası rejiminin ABŞ-la nüvə mübahisəsini həll etmək üçün Qətərin irəli sürdüyü yeni təklifləri nəzərdən keçirdiyini bildiriblər. Bununla belə, Tehran danışıqların başlanmasını hələ də Vaşinqtonun öz şərtlərini qəbul etməsi ilə əlaqələndirir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi