Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi Zəfər Günü münasibətilə təbrik mesajı yayıb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi Zəfər Günü münasibətilə təbrik mesajı yayıb. Bəyanatı olduğu kimi təqdim edirik:

Avstraliya Azərbaycan Assosiasiyaları Birliyinin Zəfər bayramı münasibətilə təbrik bəyanatı

Müzəffər Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində modern müharibə taktikası ilə dünyanın savaş tarixində mümkün olmayanı mümkün edib və 30 ilə yaxın işğalda qalmış Azərbaycan ərazilərini qəhrəmanlıqla işğalından azad etmişdir.

Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi olaraq, 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin ildönümü münasibətilə bütün Azərbaycan millətini ürəkdən təbrik edirik!

Bu tarixi gün münasibətilə Azərbaycanın Müzəffər Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, qəhrəman Azərbaycan Ordusuna və dünyanın müxtəlif ölkələrində yaşayan 55 milyonluq Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Azərbaycan Ordusunun göstərdiyi şücaət, xalqımızın nümayiş etdirdiyi həmrəylik və Vətənə bağlılıq tariximizin qürurverici səhifələrindən biridir.

Avstraliyada yaşayan azərbaycanlılar olaraq, bu tarixi Zəfərin sevincini bölüşür, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk.

Zəfər Bayramımız mübarək!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Azərbaycan xalqının birliyi və həmrəyliyi!

Avstraliya Azərbaycan Assosiasiyaları Birliyi (AAA)

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …