Molla rejimin həbs etdiyi azərbaycanlı gənc Vəhid Vidafer müvəqqəti azadlığa buraxılıb

GADTB: Təbriz şəhərində yaşayan azərbaycanlı gənc Vəhid Vidafer noyabrın 2-də, bazar ertəsi günü girov qarşılığında bu şəhərin həbsxanasından müvəqqəti azadlığa buraxılıb.

Bu vətəndaşın işi üzrə məhkəmə iclası da təxminən iki həftə əvvəl Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində, “hakim Həmlbər Mücərrəd”in sədrliyi ilə həbsxanadan videokonfrans vasitəsilə keçirilib. O, “rəhbəri təhqir etmək” və “İsrailin xeyrinə casusluğa cəhd” ittihamları ilə üzləşir.

Vidaferin işi Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci istintaq şöbəsində ona qarşı ittiham irəli sürüldükdən sonra İnqilab Məhkəməsinə göndərilib.

Vahid Vəidafer həbsdə olduğu müddətdə bir müddət Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında təkadamlıq kamerada saxlanılıb. O, həbs müddətində fiziki və psixoloji təzyiqlərə məruz qalıb, ayağından xəsarət alıb. Kəşfiyyat İdarəsinin əməkdaşları, həmçinin bu vətəndaşdan televiziya vasitəsilə yayımlanmaq üçün məcburi etiraflar alıblar.

Təbrizdə yaşayan Vəhid Vidafer avqustun 5-də bu şəhərdə həbs edilib. Onun saxlanılmasına səbəb kimi “Benyamin Netanyahunun səhifəsindəki paylaşımlardan birini bəyənməsi” göstərilib.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …