Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı yayıb. Təbrik mesajını olduğu kimi təqdim edirik:

Güney Azərbaycan Demokratik Türk Birliyinin 8 Noyabr – Azərbaycanın Zəfər Günü münasibətilə təbrik mesajı

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində misilsiz qələbəsi nəticəsində 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi tarixə düşmüşdür. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qəhrəmanlıqla işğalda olan torpaqlarımızı azad etmişdir.

Güney Azərbaycan Demokratik Türk Birliyi olaraq, bu əlamətdar gündə Azərbaycanın Müzəffər Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi, qəhrəman Azərbaycan Ordusunu və 55 milyonluq Azərbaycan millətini səmimi-qəlbdən təbrik edir, bu tarixi qələbənin sevincini bölüşürük.

Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, fədakarlıq və əzmkarlıq xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə sağlıq və şəfa diləyirik.

Bu Zəfər Azərbaycan millətinin milli iradəsinin, birliyinin və Vətən sevgisinin təcəssümüdür.

Qarabağ Azərbaycandır!

Yaşasın Azərbaycan!

Yaşasın Azərbaycan millətinin birliyi!

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …