İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla olan bütün sərhəd-keçid məntəqələrini — ikisi istisna olmaqla — bağlamağı xahiş edib.

O, həm də regiondakı mövcud vəziyyətin müharibənin bərpası ehtimalına dəlalət etdiyini qeyd edib.

Nazirin sözlərinə görə, Bağdad dostluq və birliyi qəbul etdiyini Tehrana bildirib, lakin İslam Respublikasının İraqın daxili işlərinə qarışmasını qəbul etmir.

XİN rəhbəri İranyönümlü “Hizbullah ən-Nücəba” və “Kətaib Hizbullah” qruplaşmaları ilə silah məsələsinə dair danışıqların davam etdiyini bildirib və “Əsaib Əhl əl-Həqq” ilə “Kətaib Seyyid əş-Şühəda” proksi qurpların öz silahları üzərində dövlət nəzarətinə razılıq verdiyini deyib.

Bununla yanaşı, nazir vurğulayıb ki, silaha inhisar hökumətin əlində olmalıdır.

O, ayrıca qeyd edib ki, bu məqsədə silahlı toqquşmalar yolu ilə deyil, dialoq vasitəsilə nail olunmalıdır.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

ABŞ İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasına nəzarət etmək üçün işçi qrupu yaradır

GADTB: ABŞ ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silahların, …