
GADTB: “The Times of Israel” qəzetinin məlumatına görə, İsrail ordusunun keçmiş Baş Qərargah rəisi və “Yəşar” partiyasının lideri Qadi Ayzenkot İran İslam Respublikası rejiminin süqutunu “zəruri” adlandırıb. O, İsrail ordusunun radiosuna müsahibəsində bu hakimiyyətin hərbi hücumla devrilməsinin mümkün olmadığını bildirib. Ayzenkotun sözlərinə görə, hakimiyyət dəyişikliyi “İran xalqının öz içindən formalaşmalıdır”.
Ayzenkot yeni hərbi hücumu yalnız Tehranın nüvə silahı əldə etmək istiqamətində fəaliyyətini sürətləndirəcəyi təqdirdə əsaslı hesab edib. O, müharibə nəticəsində İran İslam Respublikası rejiminin zəiflədiyini xatırladaraq belə bir vəziyyətin yaranması ehtimalını aşağı qiymətləndirib. Onun sözlərinə görə, ABŞ və İsrailin dərhal hücuma keçməsini zəruri edən hər hansı məlumat yoxdur.
Oktyabrın 27-də keçirilən seçkilərdən sonra hökuməti formalaşdırmaq tapşırığı aldığı bildirilən Ayzenkot Netanyahunu İrana qarşı növbəti hərbi əməliyyata rəhbərlik etmək üçün səriştəli hesab etmədiyini bildirib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi