Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

İran zindanlarında məhbuslar çörək dilənirlər

GADTB: “Iran Wire” nəşri Tehran və Evin zindanlarında qida çatışmazlığı və məhbusların istismarı ilə bağlı xəbər verib. Nəşr bununla bağlı, keçmiş məhbusların söhbətlərinə əsaslanan hesabat hazırlayıb.

Keçmiş məhbusların sözlərinə görə, həbsxanalarda yemək paylanması ayrı-seçkiliklə həyata keçirilir: bəzi məhbuslar yeməyin ətini və əsas hissəsini götürür, digərlərinə isə yalnız şorba və ya yeməyin suyu çatır. Onlar son aylarda iqtisadi vəziyyətin pisləşməsi ilə həbsxanadan kənarda maddi dəstəyi olmayan məhbusların daha ağır şəraitə düşdüyünü, bəzilərinin digər məhbuslardan bir tikə çörək istəməyə məcbur qaldığını bildiriblər.

Keçmiş məhbuslar bildiriblər ki, onların hazırladığı əl işləri bəzən zorla əllərindən alınır.

Mənbələr həbsxanalarda tibbi xidmətin vəziyyətini də tənqid edərək, müxtəlif problemlər yaşayan məhbuslara tez-tez sakitləşdirici və yuxu dərmanlarının təyin edildiyini, bunun isə narkotik asılılığını artırdığını bildiriblər.

Həmçinin yoxlayın

Səhənd stadionu “Traxtur” komandasına verilir

GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir. Bu haqda İran İdman …

Molla rejimin bənd tikintisi layihələri ilə SEPAH-ın gizli raket bazaları arasında mümkün əlaqə ifşa olunur

GADTB: Sənəm Mahuzi və Erika Solomanın “The New York Times” qəzetində dərc olunan araşdırma yazısında …