
GADTB: Təbrizin 70 min nəfərlik Səhənd stadionu “Traxtur” İdman Klubuna verilir.
Bu haqda İran İdman və Gənclər Nazirliyi məlumat yayıb.
“Hüquqi və icra şərtləri yerinə yetirilərsə və dəqiqləşdirilərsə, Stadionun “Traxtur” Klubuna verilməsi klubun nüfuzunun artırılmasında, stadionun imkanlarının yaxşılaşdırılmasında və bu kompleksin inkişafına investisiya qoyuluşu üçün zəmin yaradılmasında mühüm addım ola bilər”,- məlumatda bildirilib.
Hələlik bununla bağlı “Traxtur” Klubu rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, bundan əvvəl 2023-cü ilin iyun ayında da oxşar iddia irəli sürülüb, ancaq bu reallaşmayıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi