Güney Azərbaycan şəhərlərində ana dilində təhsil tələb edilir

GADTB-nın məlumatına görə Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlılar ana dilində təhsil tələbini şəhərin müxtəlif yerlərinə şüarlar yazmaqla İran hakimiyyətinə çatdırıblar. Ərdəbil və Mərənd şəhərinin divarlarına “Türk dilində mədrəsə”, “mən türkəm”, “15-ci əsl icra olunsun” “Urmu gölü can verir”, “Oyan Azərbaycan” və s. şüarların yazılması mətbuatda öz əksini tapıb.

Qeyd edək ki, fars rejimi Azərbaycan türklərini ən ilkin və ibtidai hüquqları yəni ana dilində təhsil haqqından məhrum etdiyi üçün davamlı olaraq azərbaycanlı milli-mədəni fəallar müxtəlif mərasimlərdə ana dilində təhsil və digər şüarlar səsləndirib, bəzən də eyni tələblə divarlara şüarlar yazmaqla öz tələblərini hakimiyyətə çatdırırlar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …