Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Həbs edilən azərbaycanlı fəallara qarşı təzyiqlər artıb

GADTB-nin məlumatına görə son günlər azərbaycanlı milli-mədəni fəallar Siyamək Mirzayi və Mehdi Dustdara təzyiqlər davam edir. Onların hüquqları tapdanır. Tehranin Evin zindanında həbs edilən Siyamək Mirzayi bu şəhərin Baharistan prokuroruna məktub yazaraq, dosyesi ilə bağlı təhlükəsizlik orqanlarının məhkəməyə təzyiq göstərdiyinə etirazını bildirib.

Siyamək Mirzayi bütün fəaliyyətinin qanun çərçivəsində olduğu və qanunsuz şəkildə uydurma ittihamla həbs edildiyini bildirib. Azərbaycanlı fəal bir müddət öncə qanunla məzuniyyətə buraxılma haqqından da məhrum edilib.

Həmçinin İranın təhlükəsizlik orqanları tərəfindən tutulan azərbaycanlı milli-mədəni fəal Mehdi Dustdar da Ərdəbil Polis İdarəsinin Təhlükəsizlik Bölüməsinin təcridxanasında ağır vəziyyətdə saxlanılır. Fəalın yaxınlarının bildirdiyinə görə, ona su və yemək verilmir, çox ağır şəraitdə saxlanılır. Dustdarın müvəqqəti sərbəst buraxılması üçün 20 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb. Lakin təhlükəsizlik orqanları yalan etiraflar almaq üçün fəalı təzyiq altında saxlayır.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …