Bazar ertəsi , Sentyabr 28 2026
azfa

ABŞ-ın sanksiyalarına görə İraq İran adlanan ölkədən üz döndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qonşusu İran adlanan ölkə ilə sıx iqtisadi əlaqələrini inkişaf etdirən İraq ABŞ sanksiyalarından sonra öz iqtisadiyyatını ərəb ölkələrinə doğru yönəltməyə başlayacaq. Bunu “RİA Novosti” agentliyinə açıqlamasında iraqlı deputat Hamed əl Mütləq deyib.

“İraqın öz qonşusu ilə əməkdaşlığına faktiki olaraq qadağanın qoyulması onun iqtisadiyyatında öz əksini tapacaq. İraqlılar xarici ticarət və maliyyə əməliyyatlarının aparılması üçün digər imkanlar axtarmalı olacaqlar. İrana qarşı sanksiyaların tətbiqi digər qonşu dövlətlərlə ticarətin inkişafına stimul ola bilər. Bu, xüsusilə özünü körfəz ölkələri ilə əlaqələrdə göstərəcək. Dollar dünya valyutasıdır və İraq üçün bu valyutanın heç bir alternativi yoxdur”, – deyə o bildirib.

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın