ABŞ İraqı İran adlanan ölkəyə qarşı sanksiyalarla bağlı hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ hökuməti İraqı növbəti dəfə hədələyib. Donald Tramp administrasiyası İraqın İran adlanan ölkəyə qarşı sanksiyalara qoşulmayacağı halda rəsmi Bağdada da sanksiya tətbiq edəcəyini bəyan edib.

Vaşinqtonda fəaliyyət göstərən iraqlı vəzifəli şəxslərdən biri məsələ ilə bağlı açıqlamasında ABŞ-ın İraq-İran münasibətlərinin gərginliyini anladığını, ancaq yenə də sanksiya ilə hədələdiyini söyləyib.

Qeyd edək ki, bir müddət öncə İraq Baş naziri Heydər Abadi İran adlanan ölkəyə qarşı sanksiyalara qoşulmayacağını bəyan etmişdi.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın