Güney azərbaycanlı rejissor Leyla Novruzi Bakıda münsif olacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, güney azərbaycanlı rejissor Leyla Novruzi Birinci Bakı Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin üzvü seçilib.

Birinci Bakı Beynəlxalq Animasiya Festivalının Münsiflər Heyətinin tərkibi Azərbaycan, Rusiya, İsrail, Misir, Gürcüstan, Güney Azərbaycan və Slovakiyadan olan peşəkarlardan ibarətdir.

2018-ci il oktyabrın 19-dan 21-dək Bakıda keçiriləcək beynəlxalq festivala filmlərin və ssenarilərin qəbulu davam edir.

Qeyd edək ki, Ərdəbildə anadan olan Leyla Novruzi rejissor, yazıçı, şair, jurnalist və aktrisadır. “Mən İsmətəm” adlı sənədli, “Qara yol” bədii filminin rejissoru olan Novruzi “Xeber365.com”, “Chaikhana.org” saytlarında, “Mehr” və “Həmşəri” qəzetlərində məqalələrlə çıxış edir. İki şeir və bir hekayə kitabının müəllifidir.

 

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın