Cümə axşamı , Sentyabr 10 2026
azfa

Qərbi Azərbaycanın kürdləşdirilməso prosesində Tikantəpəyə kürd bələdiyyə sədri təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Qərbi Azərbaycanın kürdüstanlaşdırması prosesində Tikantəpəyə (Tikaba) kürd bələdiyyə sədri təyin edildi.

Həmin şəhərin kürd bələdiyyə üzvlərinin istəyi və rəyi ilə qeyri-yerli və kürd Kamran Fateh Tikantəpəyə (Tikaba) bələdiyyə sədri təyin edildi.

Qeyd edək ki, Kamran Fateh əslən türk şəhəri olan və artıq kürdləşdirilmiş Xana (Piranşəhr) şəhərindəndir. O əvvəllər Xanada bələdiyyə sədri olub və 2017-ci ildə bacarıqsızlığı üzündən impiçment edilərək, bələdiyyə sədrliyindən kənarlaşdırılıb.

İndi isə qeyri-yerli və işini doğrulda bilməyən bir kürdün Azərbaycan şəhəri Tikantəpəyə bələdiyyə sədri seçilməsi Azərbaycan türklərinin ciddi narazılığına səbəb olub. Azərbaycan türk milləti rejimin bu fitnəkarlığını Azərbayana açıq xiyanət kimi dəyərləndirirlər.

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …

Bir cavab yazın