Laçın və Kəlbəcər terrorçu PKK-nın oylağına çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları olan Laçın və Kəlbəcər şəhərlərində PKK düşərgələrinin olduğuna əminik”. Bunu Atatürk Universitetinin Tarix fakültəsinin müəllimi Savaş Əyilməz deyib. O, Ermənistanın PKK-ya dəstək verdiyini və ələ keçirilən PKK-çıların əksəriyyətinin Ermənistan əsilli olduqlarını bildirib.

Tarixçi qeyd edib ki, PKK-nın siyasi qanadında sözdə siyasətlə məşğul olduqlarını deyən şəxslərin ifadələrindən də onların erməni əsilli olduqları bəlli olur:

“Deyirlər ki, Türkiyədən alınacaq torpaqlar 2 terror qruplaşması arasında bölüşdürüləcək. Hər iki təşkilatın hədəfi Cənub-Şərqi Anadolu və Şərqi Anadoludur. Biri türk, digəri isə kürd dövləti yaratmaq istəyir”, – deyə o bildirib.

Savaş Əyilməz onların birinin digərinin törəməsi ola biləcəyini, lakin eyni məqsədə – Türkiyəni zəiflətməyə xidmət etdiklərini söyləyib:

“Ermənistandakı iki qəzet və bir radio PKK-nın təbliğatı ilə məşğuldur. Həmin media qurumları Avropadan gələn terrorçular tərəfindən yaradılıb.

Bununla yanaşı burada sadəcə təlimlər deyil, Qafqaz bölgəsindəki narkotik, silah qaçaqmalçılığı və insan alveri də yenə PKK-nın əlindədir. PKK Qafqazda güclü şəkildə təşkilatlanmaq və bölgənin əsas qruplaşmalarından birinə çevrilmək istəyir. Bunun üçün Ermənistanla yanaşı Gürcüstan üzərindən də ciddi sərmayələr yatırılır.

PKK Gürcüstanda, Ermənistandan fərqli olaraq, üzdə dərnəklər yaradaraq təşkilatlanmağa çalışır. Bu dərnəklərin xərclərini isə Avropa Birliyinin layihələrini gerçəkləşdirməklə qarşılayırlar. Terror təşkilatı Amanos dağlarında mövqeləri zəiflədikdən sonra Ermənistan düşərgələrində olan terrorçuları Qara dəniz sahillərinə yönləndirir”.

 

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın