ABŞ İran adlanan ölkədən neft ixracının azaldığını bildirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, jurnalistlərə ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi deyib ki, İranın neft ixracı Amerikanın sanksiyaları təkrarən tətbiq etməsi fonunda əhəmiyyətli dərəcədə azalıb.

Onun sözlərinə görə, söhbət Birləşmiş Ştatların İranla sazişdən çıxdığı və yenidən sanksiya tətbiq etdiyi məqamdan sonra “əhəmiyyətli azalma”dan gedir.

ABŞ İranla nüvə sazişindən bitərəfli qaydada çıxıb və noyabrda 2015-ci ilə qədər Tehrana qarşı qüvvədə olan sanksiyaları, eləcə də neft və neft məhsulları ticarətinə, həmçinin İranla tranzaksiya maliyyələşdirilməsinə olan qadağaları tam bərpa etmək niyyətindədir.

 

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …

Bir cavab yazın