Cümə axşamı , Aprel 30 2026
azfa

Çeçenistan və İnquşetiya arasında ərazi ixtilafı yaranıb

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, son zamanlar Çeçenistan və İnquşetiya arasında ərazi problemi yeni mərhələyə daxil olub.

Bu sözləri açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, problem Sujen və Malqobek rayonlarını əhatə edir:

“Çeçenlər iddia edir ki, bu ərazilər 1934-cü ildən İnquşetiyanın ərazisi olaraq qəbul edilsə də, əslində Çeçen Respublikasına məxsusdur. 1992-ci ildə Çeçenistan və İnquşetiyanın ayrılmasından sonra bu rayonlar İnquşetiya sərhədləri daxilində qalıb.

İnquşetiya Respublikasının başçısı Yunus Bek Yevkurov və Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov arasında Sujen rayonunun Çeçenistana verilməsi haqqında müqavilə imzalandıqdan sonra inquşlar buna etiraz əlaməti olaraq mitinq və nümayişlər təşkil edir”.

Politoloq vurğulayıb ki, əsas məsələ çeçen və inquşlar arasında bu ərazi mübadiləsi məsələsinin niyə indi müzakirəyə çıxarılmasıdır:

“Rusiyanın ənənəvi olaraq ərazi problemlərini çıxararaq xalqları bir-birilərinə qarşı qoymaqla bağlı zəngin təcrübəsi diqqətə alınarsa, Rusiyanın “barıt çəlləyi” deyə biləcəyimiz Şimali Qafqazda ərazi problemlərini gündəmə gətirməsi, bölgədə yaşanması ehtimal edilən konfliktin Rusiya tərəfindən idarə edilə bilməsi üçün önləyici tədbir olaraq xüsusən hazırlanmış plan olaraq da dəyərləndirilə bilər. Rusiyanın son zamanlarda federal respubliklarada bölgənin avtoxton xalqlarının ana dillərində təhsil alma imkanlarını məhdudlaşdırmasından sonra bölgə xalqları arasında tarixi anlaşmazlıqlar elə rusların özləri tərəfindən müzakirəyə çıxarılır. Rusiyanın mövcud ictimai-siyasi və daxili təhlükəsizlik mühiti diqqətə alınarsa, bu dönəmdə daxili sabitliyin qorunması ən zəruri məslələrdən olduğu anlaşılır. Buna rəğmən Şimalı Qafqaqz xalqları arasında ciddi hərbi nəticələr doğura bilən ərazi məsələləri gündəmə gətirilir və yaxud gətirilməsi üçün imkan yaradılır”.

Politoloqun sözlərinə görə, inquşların etirazları o qədər güclü olub ki, Rusiya polis və ordunu şəhərə gətirərək bunun qarşısını almağa çalışır:

“Hadisələrin məcrasının hansı yönə dəyişəcəyi diqqətə alınarsa, Rusiyanın bu problemin gündəmə gətirilməsində nə kimi marağı olduğu da ortaya çıxacaqdır”.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …

Bir cavab yazın