Bazar , Oktyabr 25 2026
azfa

İşğalçı Ermənistan Araz çayında ekoloji fəlakətə səbəb olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistan Araz çayında ciddi ekoloji fəlakətə səbəb olub. İşğalçı rejim zavod və Atom Elektrik Stansiyasının tullantı və kanalizasıyasını Araz çayına axıtmaqla çay, eləcə də Güney Azərbaycanla Quzey Azərbaycan ərazilərin dəhşətli ekoloji fəlakətə səbəb olub.

Ermənistanın səbəb olduğu ekoloji fəlakət nəticəsində çayda olan canlılar ölmüş, çayın suyundan istifadə edən Ərdəbil və s. bölgələrdə isə mədə xərçəngi kəskin artıb. Eyni zamanda Muğanın əkin ərazilərinə ciddi şəkildə xəsarət dəymişdir. Lakin irqçi fars rejim Ermənistana bu ekoloji fəlakətə görə qətiyyən etiraz etmir.

Şəkildən göründüyü kimi Xudafərin su bəndinin gölməçəsində işğalçı Ermənistanın zavod və Atom Elektrik Stansiyasının kanalizasıya tullantıları ərazinin və suyun rəngini də dəyişmişdir. Yaşıl zəhərli maddələr həm suyun, həm ərazinin rəngini dəyişmişdir.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın