Cümə axşamı , May 14 2026
azfa

İrqçi fars rejim Sulduzun Seyran gölünü də qurutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejim Güney Azərbaycanın Sulduz bölgəsində yerləşən Seyran gölünü də qurutdu.

Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəis müavini Höccət Cabbari bu barədə məlumat verərək, qurumağa səbəb kimi gölməçəyə lazımı qədər su daxil olmamasını göstərib.

Cabbari deyib: “Yayda gölməçəyə yetəri qədər su daxil olmayıb. Ətrafdakı çay sularından da gölməçənin payına düşən su təmin olunmayıb. Bütün bunlar Seyran gölünün qurumasına səbəb olub.

Qərbi Azərbaycan Əyalətinin bəzi gölməçələri mövsümi gölməçə hesab olunur. Bu gölməçələr yayda suyun buxarlanması nəticəsində quruyur. Ötən illərdə Seyran gölünə yetəri qədər su daxil olmadığı üçün bu gün belə bir gölməçənin qurumasının şahid oluruq. Ümumiyyətlə, Qərbi Azərbaycandakı gölməçələrin əksəriyyətində su problemi yaşanır”.

Qeyd edək ki, irqçi fars rejim qəsdən çox suya ehtiyacı olan ucuz qiymətli məhsulların əkininə Güney Azərbaycanda rəvac vermək, eləcə də çayların qarşısında bəndlər vurmaqla gölləri qurudub, Azərbaycanı ekiloji fəlakətlə qarşı-qarşıya qoyur.

 

 

 

Həmçinin yoxlayın

Molla rejimi xaricdə yaşayan daha 24 şəxsin əmlakını müsadirə edib

GADTB: Hörmüzgan Ədliyyə İdarəsinin rəisi xaricdə yaşayan 24 şəxsə məxsus əmlakın müəyyən edilərək qanuni prosedur …

Paşinyandan İranda 35 milyon türkün olmasına etiraf

GADTB: Dünən Ermənistanın baş naziri Nikol Paşinyan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində çıxışında rəqiblərini və radikal …

Bir cavab yazın