Bölgə ölkələrini qarışdıran fars rejim Türkiyənin konstruktiv mövqeyini öz adına yazmağa cəhd edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bölgə ölkələrini qarışdıran irqçi fars rejim Türkiyənin konstruktiv mövqeyini öz adına yazmağa cəhd edib. Bu məqsədlə rejimin Xarici İşlər nazirinin müavini Hüseyn Ənsari iddia edib ki, İranın təklifi ilə Rusiya və Türkiyə İdlibdə silahsızlandırılmış bölgənin yaradılması yönündə razılaşma imzaladı.

Ənsari deyib: “Rusiya problemin sürətli həllinə nail olmaq istəyirdisə, Türkiyə bunu qeyri-müəyyən bir prosesə yönəltmək niyyəti güdürdü. İran isə sərt savaş, yaxud sərt sülh yerinə pilləli həll prosesini dəstəkləyirdi”.

Ənsari bildirib ki, plan tətbiq edilsə, bir güllə belə atılmadan prosesdə nəticə əldə ediləcək.

Həmçinin yoxlayın

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Bir cavab yazın