Cümə , Aprel 19 2024
azfa

I Pyotrun Azərbaycanın Xəzərsahili vilayətlərinə işğalçı yürüşü

GADTB: 18-ci əsrin ilk yarısına nəzər saldıqda görürük ki,Osmanlı dövləti Cənubi Qafqaz regionunda nüfuz və təsir gücünə malik idi. Rusiya imperiyası ilə bağlı vəziyyət tamamilə fərqli idi. Eçmiədzin kilsəsi isə onu “xilaskar“kimi təqdim edir, erməni və gürcülər isə dərhal Rusiya imperatorluğuna tərəfkeşlik etməyə başlamışdırlar. Hətta Səfəvilər tərəfindən “Azərbaycan bəylərbəyləri“ titulu alan VI Vaxtanq da.

1715-1717-ci illərdə A.Volınskinin başçılığı ilə Səfəvi sarayında olan elçilik mühüm məlumatlr toplayaraq I Pyotra göndərmişdi. Yürüşü 1723-cü ilə planlaşdıran Pyotr əfqanların 1722-ci ildə İsfahanı tutması ilə bu işini sürətləndirdi.Onun əsas məqsədi Xəzərə çıxış əldə edərək sahilboyu əraziləri əldə etmək,Volqa-Xəzər ticarətində üstünlük qazanmaq idi.

1722-ci ildə Xəzəryanı ərazilərə yürüş edən Pyotr gəlişinin yürüş deyil, Şirvanda Hacı Davudun başçılıq etdiyi qiyamçıları cəzalandırmaqla öldürülən rus tacirlərinin qisasının alınması olduğunu deyirdi.Hətta Pyotr manifestində də əhalinin təhlükəsizliyinin tam qorunacağanı dair söz versə də bunun əksi baş verir və xüsusilə Dərbənd əhalisinə divan tutulur. Bakını şəxsən ələ keçirmək istəyən Pyotr buna nail olmur və bu işi Matyuşkinə həvalə edərək geri dönür.VI Vaxtanq isə bundan xəbərsiz idi. Gəncə ətrafında düşərgə salan Vaxtanq rusların geri çəkildiyini eşidən kimi Tiflisə qaçdı,lakin II Şah Təhmasibin II Konstantini (Məhəmmədqulu xan olaraq da bilinir) onun üzərinə göndərdiyini duyan kimi buranı da tərk edir.

1722-ci ildə Rusiya imperiyası Xəzərboyunu Səfəvilərdən tələb etməyə başladı.Pyotrun Dərbəndi tutmasından sonra ruslarla,hətta hərbi müqavilə bağlamaq hüququ olan Səfəvi diplomatı İsmayıl bəyin səlahiyyətləri geri alındı.Onun Rəştdən geri çağırılması əmri verilsə də xəbər aparan çapar yolda ruslar tərəfindən ləngidilir və İsmayıl bəy Peterburqa yola düşür..

1723-cü ildə Bakı alınır və Peterburq müqaviləsi bağlanır.Dərbənddən Gilanadək ərazi Rusiyaya keçirdi və Rusiya əfqanlarla mübarizədə Səfəvilərə kömək edəcəyinə dair söz verirdi.II Şah Təhmasib müqaviləni bağlamaqdan boyun qaçırdı.Osmanlı da bu müqaviləyə qarşı idi.Osmanlı Hacı Davuda Krım xanının malik olduğu hüquqlar çərçivəsində status verdi.Eyni zamanda Cənubi Qafqaza İbrahim paşanın başçılığı ilə qoşun çıxardı.Osmanlı 1723-cü ildə Tiflisi tutsa da,Gəncə,Naxçıvan və İrəvan ətrafında döyüşlərdə ləngiyərək Bakının ruslardan xilas olmasına nail olmadı.

Cənubi Qafqaz məsələsi üzrə Rusiya-Osmanlı danışıqları 1724-cü ildə İstanbul müqaviləsi ilə nəticələndi.İrəvan daxil olmaqla Azərbaycan və Gürcüstan Osmanlının,Xəzərboyu vilayətlər isə Rusiyanın təsir dairəsi elan edilirdi.Tərəflər 1723-cü il Peterburq müqaviləsini təsdiq etdilər.Ruslar Şirvan üzərində Osmanlı idarəçiliyini tanıyırdılar,amma Osmanlı burada hərbi qüvvə saxlaya bilməzdi.Müqavilədən sonra Osmanlı qoşunları 1724-cü ildə İrəvanı, 1725-ci ildə Təbriz,Gəncə və Ərdəbili ələ keçirdilər.Ruslar isə 1726-cı ildə Lənkəran,Cavad, Salyan və s.işğal etdi.I Pyotrun 10 noyabr 1724-cü il fərmanında Osmanlı ərazisindən Xəzərboyu Azərbaycan torpaqlarına ermənilərin köçürülməsi,yerli əhalinin öz yurdlarından köçürülməsi nəzərdə tutulmuşdu ki,bu da öz mənfi nəticələrini vermişdir..

 

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın