Çərşənbə , Sentyabr 30 2026
azfa

İrqçi fars rejimin iqtisadiyyatı iflic olsa da Ruhani sanksiyaların təsirini inkar etməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimin iqtisadiyyatı hələd sanksiya söhbəindən iflic vəziyyətə düşsə də Ruhani sanksiyaların təsirini inkar etməyə cəhd göstərir. O ABŞ-a qarşı çıxış edərək, iddia edib ki, “bu yeni sui-qəsdinizin də uğursuz olacağına əminik”.

ABŞ rəhbərliyinin noyabrın 5-də İran neftini hədəfə alan birtərəfli sanksiyaları yalnız xalqımızı bir neçə ay iqtisadi çətinliklərlə üz-üzə qoyacaq, ancaq onun təsiri müvəqqəti olacaq.

Rejimin İRNA agentliyi xəbər verib ki, paytaxt Tehranda Nazirlər Kabinetinin toplantısında Ruhani belə deyib:

“Keçən bir neçə ay xalqımız üçün çətin olduğunu bilirəm. Qarşıdakı aylarda da çətin ola bilər, ancaq hökumət bu problemləri azaltmaq üçün bütün gücünü səfərbər edəcək”.

Ruhani çıxışında ABŞ-a meydan oxuyub: “Bu yeni sui-qəsdinizin də uğursuz olacağına əminik. Onsuz da yavaş-yavaş geri addım atmağa başladılar. Əvvəl İranın neft ixracını sıfıra göndərəcəklərini söyləyirdilər, daha sonra bunun mümkün olmadığını gördükdə İranın neft ixracını azaltmaq istədiklərini dedilər. İran nefti məsələsində heç bir məqsədinizə çata bilməyəcəksiniz”.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın