Bazar , Sentyabr 27 2026
azfa

Azərbaycanlı tərəfdarlar Tehranda milli şüarlar səsləndirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2018-ci il noyabr ayının 2-də azərbaycanlı tərəfdarlar milli şüarlar səsləndiriblər.

Azərbaycanlı tərəfdarlar yarışın 15-ci dəqiqəsində stadionda türk dilindən qadağanın götürülməsini tələb edərək, “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” şüarı səsləndiriblər. Onlar beləliklə konstitusiyanın 15-ci maddəsinin icrasını tələb etdilər.

Tehranda azərbaycanlı gənclər həmçinin “Azərbaycan yurdumuz – Tirəxtur bozqurdumuz” şüarı səsləndirdilər.

Türklərin birliyini nümayiş etdirmək məqsədi azərbaycanlı tərəfdarlar Tehranda həmçinin “Təbriz-Bakı-Ankara biz hara farslar hara” şüarı səsləndiriblər.

 

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın