İrqçi fars rejimə qarşı sanksiyalar ucbatında bahalaşma davam edir

erzaq

ABŞ-ın irqçi fars rejimə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra ölkədə ərzaq malları ilə yanaşı, meyvə-tərəvəz məhsullarının qiymətlərində və xidmət sektorunda bahalaşma qeydə alınıb.

Ötən həftə ərzində istixana pomidorunun qiyməti 110 min riala (2,61 dollar), xiyarın isə 65 min riala (1,54 dollar) çatıb. İranın Meyvə-Tərəvəz Satıcıları Birliyinin sədri Əsədullah Kargar jurnalistlərə bildirib ki, meyvə tərəvəzin qiyməti 29 faiz bahalaşıb. Onun sözlərinə görə, bu dövrdə tarla məhsulları sovuşur və bazara istixanalarda yetişdirilən məhsullar çıxarılır. Bu da bahalaşmanın əsas səbəbidir. Bunlarla yanaşı, İran bazarlarında satılan xurma, püstə, digər çərəz növlərinin və ədvaların da qiymətində bahalaşma müşahidə edilir. İctimai nəqliyyatda qiymətlər sabit qalsa da, taksi xidmətində qiymətlər artıb.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın