Çərşənbə , May 14 2025
azfa

İrqçi fars rejimə qarşı sanksiyaları pozan Huawei şirkətinin xanım direktoru həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı və irqçi fars rejimə qarşı sanksiyaları pozan Çinin Huawei şirkətinin direktorunun qızı, eyni zamanda şirkətin xəzinədarı və direktor müavini vəzifələrində çalışan Menq Vanzu Kanadada həbs edilib.

Telekommunikasiya xidmətləri göstərən Huawei şirkəti bir müddətdir ki, Amerikanın İran adlanan ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları pozmaqda ittiham edilir. Menq Vanzunun da bu səbəbə görə Kanadanın Vankuver şəhərində həbs edildiyi deyilir. Onun ABŞ-a eksdradisiya ediləcəyi bildirilir.

Qeyd edək ki, ABŞ məhkəmə orqanları iki il bundan əvvəl Huawei şirkətini bu ölkənin məhsullarını qeyri-qanuni yollarla İran adlanan ölkəyə və digər ölkələrə ixrac etməkdə ittiham etmişdi. Bundan sonra isə Amerikanın Ədliyyə Nazirliyi şirkətlə bağlı araşdırmalara başlamışdı.

Həmçinin yoxlayın

Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq …

Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb. Məlumata görə, …

Bir cavab yazın