İsrail İranın Suriyada hərbi bazasını bombalayıb

GADTB-nin Mətbuat Mərkəzinin İsrailin “Haaretz” qəzeti istinadən yaydığı məlumatına görə, İsrail Suriyada yerləşən İranın hərbi bazasını bombalayıb. Qəzetin yazdığına görə, İsrail qırıcıları İranın Suriyanın Əl Kisva ərazisində yerləşən hərbi bazasını bombalayıb.

Suriyadakı hava müdafiə qüvvələri də cavab olaraq İsrail qırıcılarına atəş açıb.

Partlayışdan sonra bölgənin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Hadisə ilə bağlı Suriya və İran tərəfdən hələ bir açıqlama verilməyib. İsrailli rəsmilər də məsələyə münasibət bildirmək istəməyiblər.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …

Bir cavab yazın