Cümə , Aprel 26 2024
azfa

İşğal olunmuş ərazilərdə ermənilərə yardım edən İrandan yeni Anti-azərbaycan təşəbbüs

GADTB-nin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, İran adlanan ölkənin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq, müxtəlif layihələrin həyata keçirilməsi və s. tədbirlərdə işğalçı ermənilərə yardım etməsi, İrandan bu bölgəyə qanunsuz turların təşkilindən sonra indi də işğalçı ermənilərin üzdəniraq rəsmiləri ilə müsahibələr dərc edir. GADTB-nin Mətbuat Mərkəzinin məlumatına görə, İran adlanan ölkənin “Şərq” qəzeti dekabr ayının 2-də qondarma “Dağlıq Qarabağ Respublikasının” xarici işlər naziri Masis Mailyanla “Artsax Respublikasının” qurulması barədə müsahibə dərc edib.

Rejimin siyasətini əks etdirən qəzetin müxbiri müsahibənin əvvəlində yazır: “Dağlıq Qarabağ Respublikasının bir çox xəritələrdə adı və izi olmasa da, bu özünü müstəqil etmiş dövlət bir geopolitik reallıq kimi Cənubi Qafqazın əsas oyunçularındandır”. Göründüyü kimi rejimin qəzeti bir növ Azərbaycanın ərazilərinin işğal faktını yaranan dövlət reallığı kimi təqdim edir.

Məqalə müəllifi qərəzli şəkildə yazır ki, Sovet dövrünün statistikasında Dağlıq Qarabağın əhalisi 80 faizə yaxını ermənilərdən ibarət olub. Ona görə də bu bölgə İrəvana tabe olmaq istəyirdi. Bu qərəzli məlumatlarla yanaşı da olsa bir dəfə də müsəlman azərbaycanlıların Xocalı və s. bölgələrdə ermənilər tərəfindən soyqırıma məruz qalmasına toxunmur.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın