Bazar , Sentyabr 27 2026
azfa

Türkiyə ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarını alqışlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Cümhuriyyəti ABŞ-ın öz qoşunlarını Suriyadan çıxarmaq barədə qərarını məmnuniyyətlə qarşılayır.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Biz ABŞ qoşunlarının Suriyadan çıxarılması qərarını məmnuniyyətlə qarşılayırıq. İndi isə regionda boşluq yaranmasına imkan verməməliyik. Qoşunlar Suriyadan koordinasiyalı şəkildə çıxarılmalıdır”, – deyə Çavuşoğlu bildirib.

Nazir bu qərarı, həmçinin Suriya böhranının siyasi həlli üçün vacib addım adlandırıb. “Türkiyə Suriyanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Biz uzun müddətdir ki, İŞİD qruplaşması ilə mübarizə aparırıq və onu, nəhayət, məğlubolunmuş hesab edirik”, – deyə Mövlud Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. Ağ ev rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilərin ölkədən çıxarılmasına 60-100 gün vaxt lazım gələcək.

 

Həmçinin yoxlayın

Türkiyədə “Urmiya bulvarı” istifadəyə verilib- Video

GADTB: Qardaşlaşmış şəhərlər müqaviləsi və şəhərsalma əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində Türkiyənin Şanlıurfa şəhərində iki şəhər rəsmilərinin …

Bu gün Azərbaycanda Anım Günüdür

GADTB: Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür. 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali …

Bir cavab yazın