Çərşənbə , May 8 2024
azfa

Azərbaycanlı öyrənci Almaniyada Berlin Sənaye Universitetinin nümunə öyrəncisi seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərindən olan azərbaycablı öyrənci Məhəmməd Münəzzəh Almaniyada Berlin Sənaye Universitetinin nümunə öyrəncisi seçilib.

Azərbaycanlı öyrənci Berlin universitetində təhsil alan xarici öyrəncilər arasında 2018-ci ilin ən yaxşı öyrəncisi təyin edilib. Bununla bağlı Almaniya nəşriyyələrindən biri də azərbaycanlı öyrənci barədə “Öz vətəniniz və Almaniyanı necə görürüsünüz?” adı altında raport hazırlayıb.

Qeyd edək ki, Berlin Sənaye Universiteti tədqiqat universiteti kimi Almaniyanın 4-cü ən yaxşı ali təhsil müəssisəsi hesab edilir. 29 yaşlı azərbaycanlı öyrənci Məhəmməd Münəzzəh mexanika mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Bundan öncə isə həmin ixtisas üzrə Təbriz Azad Universitetindən məzun olub.

Həmçinin yoxlayın

Güney Azərbaycanda tarixi qala məhv edilir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində yerləşən tarixi Ultan qalası ərazidə aparılan qanunsuz tikinti işləri səbəbindən …

Azərbaycanlı məhbusun həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Kərəcin Qızıl Hisar zindanında həbsdə …

Bir cavab yazın