Çərşənbə , Sentyabr 30 2026
azfa

Puçdemon seçkilərdən öncə Kataloniyaya qayıtmayacaq

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon Kataloniyada dekabrın 21-də keçiriləcək parlament seçkilərinə qədər Belçikada qalacaq.

İspaniyaya ekstradisiya edilməməsinə çalışan K. Puçdemon parlament seçkilərində “Kataloniya hamı üçün” platformasına rəhbərlik edir. Platformaya konservativ, istiqlalçı baxışları ilə seçilən PDeCAT Partiyası və vətəndaş cəmiyyətinin nümayəndələri daxildir.

Qeyd edək ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyi barədə qətnamə qəbul edib. 135 deputatdan 70-i qətnamənin lehinə səs verib. Bir saatdan sonra isə İspaniya Senatı Konstitusiyanın 155-ci maddəsinin tətbiqi barədə qərar qəbul edib. Nəticədə Kataloniya hökuməti və parlamenti buraxılıb, regiona müvəqqəti rəhbər təyin olunub.

Noyabrın 3-də İspaniya Milli Məhkəmə Palatası K. Puçdemonun həbsinə Avropa orderi verib. Belçikaya qaçmış K.Puçdemon və daha 4 nəfər noyabrın 4-də Brüsseldə polisə təslim olub. Məhkəmə onları şərti azadlığa buraxıb. Onlara Belçikanı tərk etmək qadağan edilib.

 

Həmçinin yoxlayın

Vens: İran ticarət gəmilərinə hücum etməklə İslamabad anlaşmasını uğursuzluğa düçar edib

GADTB: ABŞ-ın vitse-prezidenti Cey Di Vens amerikalı konservativ jurnalist və podkast aparıcısı Vinsent Koqlyanezi ilə …

Netanyahu İsrailə mümkün hücum barədə xəbərdarlıq edib

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın