Bazar , Noyabr 24 2024
azfa

İşğalçı fars rejim azərbaycanlı fəal Əli Vasiqi Məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2019-cu il yanvarın 13-də işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Əli Vasiqi Ərdəbilini İnqilab Məhkəməsinə çağırıb.

Göndərilən çağırış vərəqəsinə əsasən azərbaycanlı fəal 2019-cu il yanvarın 23-də rejimin Ərdəbil şəhərində yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməlidir.

Rejim azərbaycanlı fəalı şərləyərək “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq”da ittiham edib.

Qeyd edək ki, Əli Vasiqi 2018-ci il iyulun 2-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbilin Qiyam meydanında yerləşən mağazasında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Fəal müvəqqəti saxlanma müddətində işgəncələrə məruz qalmışdır.

Həmçinin yoxlayın

Millət vəkili: “İran artıq atom bombası yaratmalıdır”

Bu gün İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhməd Bəxşayeş Ərdəstani “Didar News” saytına müsahibəsində …

İranda həbsdə olan azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveç-İran vətəndaşı olan azərbaycanlı alim Əhmədrza Calalinin həyatı …

Bir cavab yazın