Şənbə , Aprel 25 2026
azfa

Ərdoğan terrorçu kürdlərlə bağlı Trampa həiqəti başa saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, ötən gün cənab Trampın şəxsi sosial şəbəkə hesabından etdiyi paylaşımlar məni və dostlarımı məyus etdi.

“Dərhal hərəkətə keçib bu məsələni telefonda müzakirə etdik. Kifayət qədər müsbət müzakirə oldu. Tramp Suriyadan geri çəkilmə qərarını bir daha təsdiq etdi. Bizim tərəfimizdən yaradılacaq təhlükəsizlik bölgəsi məsələsini Tramp da dilə gətirdi. Bu terror qruplaşmalarının etdiklərindən xəbəri yox idi və verdiyimiz məlumatlardan məmnun oldu. Türkiyə öhdəsinə düşəni etməyə davam edəcək. Cənab Trampla baş tutan telefon söhbətində tarixi əhəmiyyətə sahib bir anlayış birliyinə nail olduğumuza inanıram”, – Ərdoğan bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Türkiyənin Suriyadakı kürdlərə zərbə endirəcəyi halda iqtisadi təzyiqlərlə üzləşəcəyini açıqlamışdı.

Həmçinin yoxlayın

Molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində 41 nəfərə ağır cəza verir

GADTB: İrqçi fars-molla rejimi Güney Azərbaycanın Həmədan bölgəsində müharibə ilə əlaqədar həbs edilən 41 nəfər …

“New York Times” qəzeti Müctəba Xamenei ilə bağlı məlumat yaydı

GADTB: The New York Times nəşri İran rəsmilərinə istinadən Müctəba Xameneinin səhhəti ilə bağlı məlumat …

Bir cavab yazın