Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Xorasanda türklərin VIII ədəbi toplantısı keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xorasanın Cüvəyn şəhərində bu bölgənin türklərinin VIII ədəbi toplantısı keçirilib.

Cüvəyn şəhərinin İrşad İdarəsinin rəisi Məcid Niqabinin bildirdiyinə görə, toplantıda Məşhəd, Bocnurd, İsfərain, Nişabur, Cüvəyn və Cığatayın türk ədəbiyyatçıları və sənətçiləri iştirak edib.

O qeyd edib ki, toplantıda bir sıra yeni buraxılan türkcə kitablar, o cümlədən Ərğian məsəlləri, Xorasan türklərinin ədəbiyyatı və İlmaz izahlı lüğətinin təqdimatı keçirilib.

Məlumata görə Məşhəd, Bocnurd və Cüvəyn daimi bu toplantılara ev sahibliyi edəcəklər və hər ay toplantı keçirilməlidir.

Cüvəyn isə qədimliyi və türk musiqisinin inkişaf mərkəzi kimi bu toplantılarda böyük rol oynayır.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın