Cümə axşamı , Noyabr 26 2026
azfa

Bəxtiyar Vahabzadəyə həsr olunmuş “Ustada sayğı gecəsi” keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və TİKA Bakı Koordinatorluğunun birgə təşkilatçılığı ilə fevralın 13-ü Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə bağlı “Ustada sayğı gecəsi” keçiriləcək. Panel saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutacaq. Paneli giriş sözü ilə AYB-nin sədri, Xalq yazıçısı Anar açaraq qonaqları salamlayacaq. Ardınca TİKA Bakı koordinatoru Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir açılış nitqi ilə çıxış edəcəklər.

Çıxışlardan sonra söz məruzəçilərə veriləcək. Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələr edəcəklər.

Çıxışlar və dəyərləndirmələrdən sonra iştirakçılara Təşəkkürnamələr təqdim olunacaq.

Həmin gün saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək “Ustada sayğı gecəsi”Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını özündə əks etdirən video çarxla başlayacaq.

AYB-nin sədri, Xalq yazıçısı Anar, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir və TİKA Bakı koordinatoru Teoman Tiryakinin çıxışlarından sonra şairin “Əlvida” şeiri öz səsindən təqdim olunacaq.

Azərbaycan Respublikasının xalq artisti Flora Kərimova və xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar Bəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnıları ifa edəcəklər.

Türkiyəli qonaqların çıxışından sonra Aktyor Şamil İbrahimov “Mən Türkəm” şeirini səsləndirəcək.

Xalq şairi S.Rüstəmxanlının Bəxtiyar Vahabzadə yaradıcılığı haqqındakı çıxışından sonra tamaşaçılar, “Özümüzü kəsən qılınc” səhnə əsərinə baxacaqlar.

 

Həmçinin yoxlayın

Dolların qiymətində rekord artım fonunda hökumətyönlü media İrana böyük həcmdə dollar əskinaslarının gətirildiyini xəbər verir

GADTB: Dolların məzənnəsinin təxminən 285 min tümənə yüksəlməsi və rialın dəyərdən düşməsinin davam etməsi fonunda …

Tramp: İsrailin İranda rejim dəyişikliyinə nail olmaq məqsədi, yəqin ki, həyata keçirilə bilər, amma bu, mənim məqsədim deyil

GADTB: ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatların maliyyələşdirilməsinin 2027-ci ilin yanvar ayının …

Bir cavab yazın