Cümə axşamı , May 2 2024
azfa

Azərbaycanla Özbəkistan arasında ədəbi-mədəni əməkdaşlıq memorandumu imzalanıb

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən yaydığı məlumata görə, dekabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Əzəli dostluq riştələri: Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri” mövzusunda elmi konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Daşkənddə son zamanlar özbək dilində nəşr edilmiş kitabların sərgisi ilə tanış olublar.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ilə Özbəkistan arasında mədəni-ədəbi əlaqələrin tarixindən, ümumi dil, din, mədəniyyətlərin oxşarlığından danışıb. Bildirilib ki, Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə çatmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun böyük xidmətləri olub. Tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycanın və Özbəkistanın sıx əlaqələrindən söhbət açılıb, Nizami Gəncəvi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Babur, Nəsimi, Əmir Teymur, Qafur Qulam, Səməd Vurğun və başqalarının bu əlaqələrdəki rolu vurğulanıb. Hər iki ölkənin ədəbiyyatı və mədəniyyətinin bir-biri ilə qarşılıqlı vəhdətdə zənginləşdiyi və inkişaf etdiyi diqqətə çatdırılıb.

Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən mədəni-humanitar istiqamətdə əlaqələrin durmadan inkişaf etdiyini bildirib. Özbəkistanda Azərbaycan mədəniyyətinə və ədəbiyyatına böyük maraq olduğu qeyd edilib.

Tədbirdə “Azərbaycan-Özbəkistan mədəni-ədəbi əlaqələri: həyata keçirilən layihələr, perspektivlər”, “Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son iki ildə Daşkənddə özbək dilində çap olunan kitablar haqqında” və digər mövzularda məruzələr dinlənilıb. Həmçinin “Əzəli dostluq riştələri” sənədli filmi nümayiş olunub.

Konfrans çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında əməkdaşlığa dair üçtərəfli memorandum imzalanıb.

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …

Bir cavab yazın