Şənbə , Aprel 25 2026
azfa

Türkiyənin təlimləri Kipri qorxuya saldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə tarixinin ən böyük hərbi təlimləri sayılan “Mavi Vətən” təlimləri Kiprdə təşvişə səbəb olub. Bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, təlimlərdən narahat olan Kipr tərəfi ölkədə hərbi baza yaratmağa çalışan Fransaya müraciət edərək hazırlıqların sürətləndirilməsini tələb edib.

Sözügedən tələbin rəsmi Parisə çatdırılmasından sonra Fransanın Müdafiə naziri Florens Parlinin bu həftə hərbi bazanın texniki detallarını müzakirə etmək üçün Lefkoşaya səfəri nəzərdə tutulub.

Xatırladaq ki, Şərqi Aralıq bölgəsində aktivləşən Fransa bir qədər əvvəl Kiprlə yeni bir müqavilə imzalamışdı.

Həmçinin yoxlayın

Netanyahu: Trampla tam əməkdaşlıqla Yaxın Şərqin simasını dəyişirik

GADTB: İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin ABŞ ilə əməkdaşlıq çərçivəsində “Yaxın Şərqin simasını dəyişdiyini” …

Təbrizdə silahlı şəxs öldürüldü

GADTB: Aprelin 23-də Təbrizdə atəş açan silahlı şəxsi polis qüvvələri öldürüb. Bu barədə yerli media …

Bir cavab yazın